Pensiya düzəldəcəklərini dedilər, 321 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdilər - MƏHKƏMƏ

Bakıda dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Mamedovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 12-nə təyin edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs olunublar. Digər təqsirləndirilən şəxslər - Elbar Haqverdiyev, Ruhəngiz Məmmədov və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib. İş üzrə təqsirləndirilən Samirə Mirzəyevə isə istintaqdan yayındığı üçün onun barəsində olan cinayət işi ayrıca icraata verilib.
 
Qeyd: Təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə sözlər verərək 321 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçiriblər. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Tarix: 11-12-2023, 11:28
Xəbəri paylaş





Xəbər lenti