Şəhəri basan yağış suları: Niyə tədbir görülmür? - “Təcili həll edilsin”

“Əslində, Bakıda yağış sularının ötürülməsi üçün xeyli işlər görülür və görülməkdədir. Sadəcə, problemlər çoxdur. Şəhər intizamsız və qaydasız şəkildə böyüyüb. Bu günə qədər olmasa da, dörd-beş il əvvələ qədər intizamsız şəkildə, şəhərin yükü nəzərə alınmadan tikinti işləri aparılıb. İnfrastruktur yaradılmadan insanlar ev tikib və yaşamağa başlayıblar. Bütün bunları həll etmək üçün illər lazımdır. Şəhərin bəzi yerlərində yağış sularının yığılması ilə əlaqədar problemlər aradan qaldırılıb, amma digər yerlərində bəzi işlər aparılsa da, bu, bəs etmir. Təbii ki, daha ciddi və sürətli işlər aparmaq lazımdır”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
 
R.Nurullayev hesab edir ki, bu problemlər büdcə ilə əlaqədardır: “Yağışlar yağan zaman hansı ərazilər suyun altında qalırsa, hansı ərazilərdə yağış sularının axıdılması üçün kanalizasiya sistemi və digər sistemlər yoxdursa, büdcə hesabına bu məsələlər tez zamanda həllini tapmalıdır. İnanıram ki, aidiyyatı orqanlar müvafiq müraciətlər ediblər. Amma bu işlər büdcədə olan pullara görə vəsait ayrılmasından asılı olaraq həyata keçirilir. Təklif edirəm ki, təcili şəkildə hökumətə müraciət edilsin, yeni vəsaitlərin ayrılması təmin olunsun. Ayrılan vəsaitlər problemin aradan qaldırılması istiqamətində istifadə edilsin”.
Tarix: 13-12-2023, 14:56
Xəbəri paylaş





Xəbər lenti