Moskvada hərbi xidmətə qeydiyyat üçün növbəyə duranların BAŞINA BUZ DÜŞDÜ...-ÖLƏN VAR...+VİDEO


Moskva vilayətinin Lyubertsı şəhərində nəhəng buz parçası hərbi komissarlığın qarşısında növbəyə duranlarına üzərinə düşüb və hərbi xidmətə yazılmaq istəyən şəxslərdən birini öldürüb.
Moderator.az  xəbər verir ki,  “UNİAN”ın yaydığı məlumata görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
 
"2023-cü il dekabrın 20-də Lyubertsı şəhərində yerləşən binanın damından buz parçaları və qar tökülməsi nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib", - məlumatda belə deyilir.
 
“Shot” teleqgam-kanalının məlumatına görə, mərhum 34 yaşlı Fedor Kuzmin pilləkən istehsal edən şirkətdə işləyib. Xəstəxanada ona onurğa sütununun sınığı, qabırğalarının sınığı, qaraciyərinin və ağciyərinin partlaması diaqnozu qoyulub. O, qeydiyyat yeri üzrə hərbi xidmətə yazılmaq üçün növbəyə dayanıbmış...
 
"Mash" telegram- kanalının məlumatına görə, Kuzminin həyat yoldaşı onunla bir sırada dayanıb. Zərərçəkənlər arasında o da var - onurğasında sınıq aşkarlanıb. Cütlüyün üç və ya dörd övladı olub...
Tarix: 22-12-2023, 09:43
Xəbəri paylaş





Xəbər lenti