Tərtərdə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır - FOTO


23 yanvar 2023-cü il tarixdə axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər
rayonunda bir sıra fəsadlar törədib.
Küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhəri Nizami küçəsində 60 mənzilli, 5 mərtəbəli,
40 nömrəli yaşayış binasının, Vasif Hüseyinov küçəsində 36 mənzilli, 5 mərtəbəli, 7
nömrəli yaşayı binasının, Vüqar Həsənov küçəsində 16 mənzilli, 2 mərtəbəli, 1 nömrəli
yaşayış binasının dam örtüklərinə ziyan dəyib.
Həmçinin küləyin təsirindən rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri
ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər
şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın aradan
qaldırılması istiqamətində işlər davam etdirilir.
Tarix: 24-12-2023, 20:18
Xəbəri paylaş





Xəbər lenti