Nazirlik Vəliyevlərin bağlanan bankını məhkəməyə verdi


Ləğv prosesində olan “Muğanbank” ASC məhkəməyə verilib.
Siam.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Muğanbank” ilə bağlı iddia qaldırıb.
Cavabdehlər sırasında  Məstanov Rüfət Qeysəddin oğlu və Pirmuradov Ulfan Zəbiyulla oğlu da var.
Hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq məhkəmə işinin mahiyyəti açıqlanmayıb.
Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin təsisçisi Əhməd Vəliyevə məxsus “Muğanbank” ASC-nin lisenziyası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə ləğv edilib.
olke.az
Tarix: 25-12-2023, 15:33
Xəbəri paylaş





Xəbər lenti