LALƏ PARKI HASARLANDI, AĞACLAR KƏSİLDİ – FOTO


Bakı şəhərində yaşıllıqların məhv edilməsi, yerində naməlum tikinti işlərinin aparılması davam edir. İndi də Babək prosopektində böyük yaşıllıq ərazi məhv edilmək üzrədir.
Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, babək prospektində yerləşən məşhur Lalə parkı hasara alınıb. Ərazidə hansıə işlər aparılacağı ilə bağlı heç bir məlumat yoxdur. Sakinlər yaşıllıqların məhv ediləcəyindən ehtiyat edirlər.
Sakinlər bildirir ki, hasarlanmış parkda hansı işlər aparılacağı ilə bağlı məlumat lövhəsi də yoxdur. Parkda artıq bəzi ağacların kəsildiyi deyilir. Narahat olan sakinlər digər ağacların da kütləvi halda məhv edilmədən aidiyyəti qurumların məsələyə müdaxilə etməsini istəyirlər.

Tarix: 26-12-2023, 14:46
Xəbəri paylaş





Xəbər lenti