Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayışda 73 nəfər ölüb - YENİLƏNDİ


İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 141 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, birinci partlayış Süleymaninin məzarından 700 metr, ikinci partlayış isə hadisə yerindən təxminən 1 kilometr aralıda baş verib.

***18:54
İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında törədilən iki partlayış nəticəsində azı 73 nəfər ölüb, 170 nəfər yaralanıb.
Bu barədə İranın “Tasnim” agentliyi  İslam Respublikasının fövqəladə hallar təşkilatına istinadən məlumat yayıb.
Kirman əyalətinin qubernatoru partlayışları terror aktı adlandırıb.

***16:38
Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayış Kerman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda baş verib.
İranda fəaliyyət göstərən “Gənc Jurnalistlər Klubu” agentliyi ən azı 20 nəfərin öldüyünü yazıb.
Daha sonra İRNA ikinci partlayış barədə məlumat verib. Kerman Təcili Yardım Xidmətinin rəhbəri 15 nəfərin yaralandığını bildirib.
İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb.Qeyd edək ki, iranlı general Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ-ın endirdiyi zərbə nəticəsində öldürülüb.
Tarix: 3-01-2024, 20:36
Xəbəri paylaş





Xəbər lenti