İsmayıllı sakini Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT


İsmayıllı rayonu Tircan kənd sakini Həsrətov Əflatun bildirir ki, qardaşı oğlu Əsədov Xəyal İsmayıllı rayonundan hərbi səfərbərliyə çağrılıb və Qubadlı rayonunda sərhəd qoşunlarında xidmət edib. Şıkayətçi deyir ki, qardaşı oğlu qızılca xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında müalicə alıb, yenidən hərbi xidmətə göndərilib. Vətəndaş əlavə edir ki, təxminən 20 gün sonra əsgər anası ilə telefon əlaqəsi saxlayaraq qızdırmasının olduğunu və özünü pis hiss etdiyini bildirib. Anası ilə əlaqə saxlayandan 2 gün sonra əsgər Əsədov Xəyal Qubadlıda xidmət etdiyi hərbi hissədə dünyasını dəyişib. O bildirir ki, Qubadlı rayonunun hərbi prokuroru və köməkçisi ilə əlaqə saxlayaraq ölüm səbəbini öyrənmək istədikdə isə, onlara bildirdilər ki , sizi zərərçəkmiş kimi tanımayacayıq, kimə istəyirsiniz şikayət edin. Vətəndaş kanal 13 vasitəsi ilə prezidentə müraciət edərək bu işi nəzarətə götürməsini və bu işin doğru araşdırılmasənı xahiş edir. 0773417676

Daha ətraflı aşağıdakı videoda:


Tarix: 11-01-2024, 08:38
Xəbəri paylaş





Xəbər lenti