Aydın Talıbovun “Oba Market”i məhkəməlik oldu - bu qaydanı pozub


"Oba Market" MMC barəsində protokol hazırlanıb.
32gun.az-ın əldə etdiyi məlummata görə, İXM-nin 485.2 -ci maddəsi (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar ) ilə protokol Zaqatala Rayon Məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi, İbrahimova Natəvan Yusif qızıdır. 17.06.2016-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-Cİ ENİNƏ , ev 2-dir.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" Şirkətlər Qrupuna daxildir.
Veysəloğlu" distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdidir.  
"Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbovdur.
Tarix: 18-01-2024, 10:31
Xəbəri paylaş





Xəbər lenti