Türkiyədə məscid imamı cildində “Mossad” agenti yaxalandı...- “İngterpol_news”-FOTO


Türkiyədə məscid imamı cildində “Mossad” agenti yaxalandı...- “İngterpol_news”-FOTO
Bu günlərdə Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) daha bir qrup İsrail agentinin zərərsizləşdirildiyini açıqlayıb. Hesabatda qeyd olunur ki, kəşfiyyatın zəhmətli işi Türkiyədə fəaliyyət göstərən “Mossad” agentlərinin müəyyən edilərək zərərsizləşdirilməsi əməliyyatının uğurla həyata keçirilməsinə töhfə verib. 
 Moderator.az xəbərverir ki, bu haqda “İngterpol_news” telegram-kanalı məlumat yayıb.
 
“Kəşfiyyat məlumatlarına görə, Hatay şəhərindəki məscidlərdən birində saqqal saxlayan və mömin imam rolunu oynayan İsrail agentlərindən birinə xüsusi diqqət yetirilib. Əməliyyatın təfərrüatları hələlik məxfi olaraq qalır”,- xəbərdə belə deyilir.
Tarix: 22-01-2024, 08:43
Xəbəri paylaş





Xəbər lenti