Polşada ukraynalıları daşıyan avtobus aşıb, 20 nəfər xəsarət alıb

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub
Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Siam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.
Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.
Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.
Tarix: 28-01-2024, 08:27
Xəbəri paylaş





Xəbər lenti