“Jurnalist” YAP-çı qadını aldadaraq, 15 min dollarını alıb-FOTOLAR


Mehriban Fərruxlu və “Sabahinfo” saytının rəhbəri Ədil Ədilzadə birləşərək YAP -ın Nəsimi rayon təşkilatında təlimçi kimi çalışan Mətanət Səfərlinin övladını Odlar Yurdu universitetinə düzəltmək adı ilə 15 000 ABŞ dolları pul alıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb.
O qeyd edib ki, həmin pulu alan sözügedən şəxslər qarşı tərəfi inandırıblar ki, rektorun sürücüsü məsələni həll edəcək. “Amma uşaq unversitetə qəbul ola bilməyib. Mətanət Səfərlinin pulunu geri ala bilmədiyindən Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə şikayət edib. Orada şikayətlə bağlı araşdırma başlayaıb”.
Anar Məmmədov onu da yazıb ki, Ədil Ədilzadənin saytı hətta medai reystrindən keçib.
Qeyd edək ki, Ədil Ədilzadə bir zamanlar müstəqil jurnalistlərə qarşı şəryaxma kampaniyasında da fəal iştirakçılardan biri olub. Belə ki, o, 2018-ci ildə “Ədalət” qəzetində Əli Həsənovun sifarişi əsasında JAMAZ.İNFO saytının rəhbəri Fikrət Fəraməzoğlu haqqında da böhtan və şər dolu yazılar dərc edib.
P.S. Maraqlıdır, Media İnkişaf Agentliyi belə adamları hansı kriteriya ilə reysterdən keçirib? Heç araşdırmayıb ki, belələrinin keçmişi necə olub, bu adamlar kimlərdir? Və bundan sonra hansı tədbirləri görəcəklər? İllərdir deyirik ki, Əli Həsənov və onun bandasına bağlı olanlardan uzaq durun. Onlar heç bir halda media adamı deyillər və olmayıblar. Onlar potensial dələduzdurlar. Amma kimə deyirsən…
 
 
Tarix: 2-02-2024, 10:30
Xəbəri paylaş





Xəbər lenti