İmişlidə oğurluq edən şəxs saxlanılıb

İmişlidə oğurluq edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata görə,
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində rayon ərazisində yerləşən klinikaların birindən oğurluq
etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət
əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada
yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8750 manat
pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis
əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut
kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar
davam etdirilir.
Tarix: 6-02-2024, 10:28
Xəbəri paylaş





Xəbər lenti