Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb-FOTO


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata
görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında
keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər  narkotiklərə görə
məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb. Onun üzərinə
keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720
qram heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı
narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir
miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Tarix: 9-02-2024, 11:30
Xəbəri paylaş





Xəbər lenti