İcra hakimiyyəti ağacların diblərini asfaltladı - FOTO



Suraxanı rayonu, Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfalt çəkilib. Bu mənzərəni özündə əks etdirən şəkillər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.
 
Qurumun rəsmi məlumatında qeyd olunub ki, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
 
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək
Tarix: 26-02-2024, 21:03
Xəbəri paylaş





Xəbər lenti