Azərbaycanın adını, Bayrağını yüksəklərə qaldıran Vəliyev Rəşad danışdı

Azərbaycanın adını,  Bayrağını yüksəklərə qaldıran  Vəliyev Rəşad danışdı Mən Vəliyev Rəşad Rovşən oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuşam

Uşaqlıqdan polis sıralarında işləməyə və idmana boyük həvəs göstərmişəm. Tanrı elə qismət etdi ki hər ikisinə müəyyən qədər yiyələnməyə nail oldum. Orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra 2006-cı ildə sənədlərimi Azərbaycan Respublikası DİN nə təqdim etdim və polis sıralarında işləmək üçün əmrim verildi. O vaxtdan bu günə kimi vətənimin asayişini şərəflə qorumağa calışıram və bu işimnən məmnunam. İdmanla tanışlığım isə lap kiçik yaşlarımdan olub və bir sıra beynəlxalq ölkə daxili yarış turnerlərdə iştirak etmişəm. 1998-2008 ci illər ərzində güləşin Yunan Roma növü ilə məşğul olmuşam.

Bu illər ərzində bir sıra nailiyyətlərim olub. Bunlardan misal olaraq 2000-ci ildə Bakı birinciliyində 3-cü yer.

2002-ci ilde Gürcüstanda keçirilən Dostluq turnerində 3-cü yer.

2003-2004 cü illərdə Azərbaycan cempionatında 1 ci 2-ci yerlərə laiq gorülmüşəm.

2004-cu ildə AGF nin qərarı ilə 1-ci dərəcəli Idmançı adına laiq görülmüşəm.

2008-2009 cu illərdən bu günə kimi isə Dünya BUDO Döyüş Növləri Federasiya 2008-2009 cu illərdən bu günə kimi isə Dünya BUDO Döyüş Növləri Federasyasi və Dünya Layt Kontak Doyuş Teşkilatının rəsmi üzvü və bu Federasiyalar altında keçirilən yarışlarda iştirak edirəm.

2013-cü ildə BUDO Lo king növü üzrə Respublika çempionu 2015-ci ildə isə 2-ci yeri tutmuşam.

17-12-2016-cı ildə Bakı əl oyunları sarayında keçirilən düya kuboku yarişlarında yüksək texnika göstərərək Dünya BUDO Döyüş Növləri Federasiyaları və Dünya Layt Kontak Döyüş Təşkilatının birgə qərarı ilə 1-ci dan qara kəmər və Məşkçi Hakim dərəcəsinə laiq görüldüm.

Qarşıda Respublika çempionatı və Moldovada keçiriləcək Avropa çempionatı var. Yüksək şəkildə yarışlara hazırlaşır, bayragımızın ,himnimizin yüsəklərdən gəlməsi üçün əlimizdən gələni etməyə çalışacağıq.


Siam.az
Tarix: 14-02-2017, 23:17
Xəbəri paylaş





Xəbər lenti