Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalırlar? – Siyahı


Bu ilin yanvar-avqust aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 99 min 9 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 147 min 796 nəfəri və ya 13,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 32 min 429 turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 28 min 568 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 19 min 310 turist taksi xidmətindən, 16 min 683 turist bələdçi xidmətlərindən, 13 min 334 turist yerləşmə xidmətindən, 9 min 270 turist isə metro xidmətindən narazılıq edib.
Tarix: Bu gün, 16:32
Xəbəri paylaş





Xəbər lenti