“Yüksək dağlıq şərait “COVİD-19”-dan ölüm riskini azaldır...”-Mütəxəssis
Yüksək dağlıq ərazilərdə koronavirusdan ölüm halları azalır.
Moderator.az xəbər verir ki, "TASS”-ın yaydığı məlumata görə, bu barədə jurnalistlərə Boliviya Səhiyyə Nazirliyinin epidemiologiya şöbəsinin rəhbəri Freddi Armixo bəhs edib.
Qeyd edilir ki, Boliviya ərazisinin təxminən 30%-i dəniz səviyyəsindən təqribən 4000 metr yüksəklikdə yerləşən Altiplano yaylasında yerləşir.
"Yüksək hündürlüyün koronavirusdan ölümlərə qarşı qoruyucu amil olduğu tədqiqatlarımız nəticəsində sübut edilib" –deyə sözügedən dağlıq ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.
“COVİD-19” epidemiyası başlanandan bəri Boliviyada 510 mindən çox insan bu xəstəliyə yoluxub, onlardan 18,9 minə yaxını dünyasını dəyişib.
Sultan Laçın
Tarix: 2-11-2021, 08:47