Hər kəs qamətli və incə görünmək, artıq çəkidən xilas olmaq üçün öz fərdi üsullarını seçir. Müxtəlif pəhrizlər, kalorinin hesablanması, hissə-hissə qidalanmaq və fasilələrlə ac qalmaq - bunlar həqiqətən arıqlamağa kömək edir. Amma itirilmiş çəkini saxlamaq çətindir.
Beləliklə, Moderator.az sizə həkim tövsiyyələri təqdim edir:
Uzun zaman gözlənilən pəhrizdən sonra tez-tez baş verən qida pozuntuları, emosional problemlər ona gətirib çıxarır ki, çəki əvvəlki halına dönür, bəzən isə itirilən çəkinin üzərinə bir neçə kiloqram da əlavə olunur. Ancaq arıqlama planının pozulmasına görə özünüzü qınamayın.
Arıqlamaq barəsində bir neçə faktlarla tanış olsanız, arzuolunan çəkinizi saxlamaq asan olacaqdır.
Arıqlamağa cəhd edərkən, siz təkcə çəkinizlə deyil, həm də bədəninizlə mübarizə aparmalı olursunuz. Avstraliya alimlərinin tədqiqatlarına görə, çəkinin itirilməsi leptin hormonunun miqdarını aşağı salır, bu hormon isə sizin tox olmağınız haqqında siqnalı beyninizə ötürür; qrelin hormonunun ifrazını isə artırır, bu hormon aclıq hissini gücləndirir.
Tədqiqatların nəticələrinə görə, bu hormonların arasında balansın pozulması çəkini itirdikdən xeyli müddət sonra da saxlanılır, bu isə sizin üçün optimal çəkini saxlamağı çətinləşdirir.
Əgər kalorini kəskin surətdə azaltsaq, çox artıq çəki tez itirilir, kilolar sanki gözlərimizin önündə əriyir, lakin insan əzələ kütləsini itirir.
Əzələlər həqiqətən metabolizmin, yəni maddələr mübadiləsinin hərəkətvericisidir, ona görə də əzələ kütləsinin itirilməsi maddələr mübadiləsini zəiflədir. Kifayət qədər qidalanmamaq həmçinin ona gətirib çıxara bilər ki, siz bərpa olunduqdan sonra əks istiqamətdə hərəkət edəcək, həddən artıq yeməyə başlayacaqsınız, çünki uzun müddət özünüzə məhdudiyyət qoymusunuz.
Qidalanma üzrə mütəxəssislər tədricən hərəkət etməyi tövsiyə edirlər, bu, uzunmüddətli perspektiv üçün yararlıdır.
Arıqlama prosesində dözümlü olmaq çətindir, lakin hər hansı ciddi qida qəbulundan çəkinmək gərəkdir.
Pəhrizə başlayarkən, yadda saxlayın ki, çəkinin tədricən və stabil, yəni həftədə 1-2 kq itirilməsi arıqlamaq üçün norma sayılır və bu zaman itirilmiş kilolar geri dönmür.
Arıqlamaq məqsədilə özünü intensiv fiziki yükləmələrə (gündə 60 dəqiqədən az olmayaraq) məruz qoyan insanlar öz məqsədlərinə çatırlar. Lakin hər halda idman zalında deyil, mətbəxdə arıqlayırlar. Məşqlər zamanı itirilən kaloriləri sadə proteinlə geri döndərmək mümkündür. Amma qida rasionunun dəyişdirilməsi üstəgəl idmanla məşğul olmaq məsələnin öhdəsindən gəlməyə əla imkan yaradır.
Arıqlamaq üçün reklam olunan və maddələr mübadiləsini sürətləndirdiyi iddia edilən həblər cəzbedici ola bilər, lakin onların təsirinin müsbət olması az inandırıcıdır.
Hər bir insanın bədəni unikaldır, ona görə də pəhriz fərdi olmalıdır. Arıqlamaq üçün icra edilən tədbirlər zamanı öz sağlamlığınızı, ailə anamnezinizi, metabolizmi, fəallıq səviyyənizi, yaşınızı, cinsinizi, həmçinin öz simpatiya və antipatiyanızı nəzərə almalısınız.
Siz pəhrizdə olanda xoşladığınız bəzi məhsullardan istifadə edə bilərsiniz ki, özünüzü sevinc hissindən məhrum etməyəsiniz. Arıqlamaq prosesində uğur qazanmaq üçün öz pəhrizinizi öz bədəninizə uyğunlaşdırın və nəzərə alın ki, eyni pəhriz hamı üçün uyğun deyil.
Ola bilər ədalətsiz görünsün, amma kişilər qadınlara nisbətən daha çox yeyə bilər və bu zaman arıqlaya bilər.
Bu onunla bağlıdır ki, kişilər adətən daha çox kalori itirir, bu da əzələ kütləsi və testosteron hormonunun miqdarının yüksək olması ilə bağlıdır və əzələlərin inkişafına səbəb olur.
Bundan başqa, kişinin bədəni qadın bədəninə nisbətən əzələ kütləsinin çox, piyin miqdarının az olması üçün yaranıb. Ona görə də kişilər uşaqlarının dünyaya gətirilməsi üçün enerji yığmamalıdır. Siz bu faktı qəbul edəndən və öz kişi dostunuza nisbətən az yeməyə başlayandan sonra, çəkiniz azalacaqdır.
Beləliklə, mütəxəssislərin bütün tövsiyələri bir sadə nəticəyə gəlməyə imkan verir: bədən çəkisini azaltmaq üçün həyat tərzinizdə dayanıqlı dəyişiklik etmək, sağlam qida qəbul etmək və idmanla məşğul olmaq lazımdır.
Tarix: 8-11-2021, 21:50