2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus epidemiyasl bütün dünyada can almağa davam edərkən, sızdırılan məxfi sənədlər, belə desək, şok effekti yaratdı. Belə ki, gizli saxlanılan sənədin ortaya çıxması ilə “B planı” deşifrə edildi!Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərənin Milli Səhiyyə Sisteminin (NHS) Test və Monitorinq xidmətinin payız strategiyasını əks etdirən məfxi sənədlərə görə, Britaniya uzun illər "endemik" bir xəstəlik olaraq Covid ilə yaşamağı öyrənməli olacaq. Başqa sözlə, pandemiyanı geridə qoysaq belə, koronavirus uzun illər həyatımızda sıradan qrip xəstəlikləri kimi qalacaq.
Sənədin hazırlanmasında mühüm rol oynayan mütəxəssislər, mutasiyaya uğrayan variantların çox real risk olaraq davam edəcəyini, Covid-in illər boyu “endemik” səviyyədə qalacağını və qışda yenidən sürətlə yayılacağını bildiriblər.
Bütün bunlara rəğmən, sənəddə o da vurğulanır ki, Britaniya hökuməti sərt koronavirus tədbirlərini ləğv etməyə hazırlaşır. “Operation Rampdown” kimi tanınan plana görə, Böyük Britaniya 2022-ci ilin ilk aylarında bir çox karantin qadağalarını ləğv edəcək.
160 səhifəlik sənədə görə, “Rampdown” əməliyyatı Covid-19-a yoluxan insanları on gün ərzində təcrid etmək üçün tətbiq olunan tələbi də aradan qaldıracaq.
Ən maraqlısı isə odur ki, məxfi sənədlərdə Türk tibb mütəxəssisləri Uğur Şahin və Özlem Türecinin virus və peyvəndlərin gələcəyindən danışan sözləri bir daha gündəmə gətirilib.
"Təbii ki, virusla daha bir neçə il məşğul olacağıq" deyən Türeci, əhalinin bəzi qruplarının hər il və ya iki ildən bir koronavirusa qarşı peyvənd edilməli olan bir virusa çevrilə biləcəyinin vurğulayıb.
"Digər virus mutasiyalarına qarşı yeni nəsil peyvəndiniz üzərində işləyirsinizmi?" sualına Uğur Şahin “Bəli, hazırda nisbətən kiçik könüllülər qrupunda yeni variant peyvəndləri sınaqdan keçiririk”, - deyə cavab verib.
Şahin, "Cənubi Afrikada aşkarlanan “Beta” variantı ilə bağlı araşdırma demək olar ki, tamamlandı və əsasən “Delta” variantı üzərində məlumat toplamaq üçün davam edən bir araşdırma var", - deyib.
Tarix: 14-11-2021, 23:02