Dərmanı çox olmasa da, peyvəndi boldur - BİZİM ARAŞDIRMA


Dərmanı çox olmasa da, peyvəndi boldur - BİZİM ARAŞDIRMA

Avropa Komissiyası koronavirusun yaratdığı xəstəliyin müalicəsi üçün "Ronapreve" və "Regkirona" dərmanlarını təsdiqləyib.
Bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.
Məlumata görə, Komissiya noyabrın 12-də bu dərmanlar üçün marketinq icazəsi verib.
Almaniyanın "Roche" şirkəti tərəfindən istehsal olunan "Ronapreve" oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün tövsiyə olunur.
"Regkirona" preparatı isə Macarıstanın "Celltrion" şirkəti tərəfindən istehsal olunub və koronavirus infeksiyası nəticəsində xəstəliyin ağır gedişi riski olan insanlar üçün nəzərdə tutulub.
Cebhe.info koronavirus əleyhinə təsdiqlənən digər dərman və peyvəndləri araşdırıb.
* Avropa İttifaqı koronaviruslu xəstələr üçün ilk dərmanı 20 iyul 2020-ci ildə təsdiqləyib. Virusdan əziyyət çəkən şəxslərə müsbət təsir edən “Remdesivir” adlı dərman istifadə olunur.
Avropa İttifaqı komissiyası “Remdesivir”in koronavirus xəstəliyində istifadəsini təsdiqləyərək dərmanın satışına icazə verib. Açıqlamada qərarın Avropa Dərman Agentliyinin tövsiyyəsi və üzv ölkələrin razılığı ilə verildiyi bildirilib. Qeyd edək ki, “Remdesivir” COVİD-19-un müalicəsi üçün Avropa İttifaqı tərəfindən təsdiqlənən ilk dərmandır. İlk dəfə Ebola xəstəliyinin müalicəsində istifadə edilib. Yeni növ koronavirus xəstələrinin bu dərmanla müalicəsi zamanı müsbət nəticələr əldə edilmişdi. Xatırladaq ki, bir neçə gün əvvəl “Remdesivir”in 3 aylıq ehtiyyatının ABŞ tərəfindən stın alındığı xəbəri yayılmışdı.
* “Pfizer-Biontech” ÜST tərəfindən təsdiqlənmiş ilk preparat olub.
"Biz bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğun olduğunu müəyyən etdik. COVİD-19-a qarşı mübarizə çərçivəsində onun xeyri potensial risklərdən üstündür", - deyə təşkilatın bəyanatında bildirilir.
* Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “SinoVac” peyvəndinin istifadəsini də təsdiqləyib. Bu barədə ÜST-ün Cenevrədəki qərargahı məlumat yayıb. “ÜST COVID-19-a qarşı “Sinovac” (CoronaVac) peyvəndinin istifadəsini təsdiqləyib. ÜST ölkələri, fondları əmin edir ki, bu peyvənd təhlükəsizlik, effektivlik və istehsal üçün beynəlxalq standartlara cavab verir”, - deyə məlumatda qeyd olunub.
* Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün təsdiqlənən digər vaksin Çin peyvəndi “Sinopharm” peyvəndidir.
* Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış koronavirusa qarşı vaksini də fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.
* ÜST “AstraZeneca” peyvəndinin də təcili tətbiqinə icazə verib. Bununla da yoxsul ölkələrə daha çox peyvəndin çatdırılması hədəf olaraq qarşıya qoyulub.
* Bu günə qədər Avropa İttifaqı tərəfindən koronavirusa qarşı dörd peyvənd təsdiqlənib: “Pfizer/BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”.
Ölkəmizdə də istifadəsinə icazə verilən "Sputnik V" bəzi ölkələrdə istifadə üçün təsdiqlənsə də, hələ də nə Aİ, nə də ÜST-dən müsbət cavab ala bilir.
Tarix: 15-11-2021, 22:04
Xəbəri paylaş





Xəbər lenti