“Delta” ştammının özünü məhv etməsinin səbəbi və bunun qorxulu cəhəti açıqlandı


İzolyasiya və müxtəlif ştammların olmaması Yaponiyada koronavirusun “delta” variantının özünü məhv etməsinə şərait yaradıb.

Bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib. Onun sözlərinə görə, güman ki, Yaponiyaya “nsp14” zülalında mutasiyaların toplandığı bir “delta” çatıb.

“Bu zülal isə virusun mutasiyaları düzəltmək qabiliyyətini müəyyən edir. Ancaq “nsp14”-ün özü “xarab olduğundan” artıq heç nəyi düzəldə bilmədi, səhvlər nəzarətsiz şəkildə çoxalmağa başladı. Sonda virus özü üçün kədərli sona çatdı”, - deyə mütəxəssis bildirib.

Ekspert həmçinin bildirib ki, Yaponiyada koronavirusun yoxa çıxmasına təkcə ölkənin Avropadan nisbətən təcrid olunması deyil, həm də vətəndaşların məhdudlaşdırıcı tədbirlərə intizamlı münasibəti kömək edib.

Bununla belə genetik, Yaponiyadakı kimi Rusiyada da koronavirusun “delta” ştammının yoxa çıxmasını təhlükəli hesab edib. Onun fikrincə “delta”nın yüksək yoluxuculuq səviyyəsi virusun digər variantlarının yayılmasının qarşısını alır.

“Daha zərərli ştammlar var, onların arasında anticisimlərdən yayınanları da var ki, onları vaksin məhv edir. “Delta” özünü məhv edərsə, digər ştammlar isə “sevinərsə” və “gələrsə”, ehtimal ki, vəziyyət daha da pisləşə bilər”, - deyə Baranova bildirib.
Tarix: 26-11-2021, 08:10
Xəbəri paylaş





Xəbər lenti