ÜST yeni ştama görə fövqəladə iclas çağırır




Mariya Van Kerxov: “Hələ bu barədə çox şey bilmirik. Bildiyimiz odur ki, bu variantda çoxlu sayda mutasiya var”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yeni bir koronavirus ştamının müəyyən edilməsi ilə əlaqədar bu gün fövqəladə iclas keçirəcək.

Siam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ÜST yeni mutasiyanı izlədiyini bildirib. İclasda təşkilatın nümayəndələri peyvəndin yeni ştamdan necə qorunduğunu, eləcə də bu halda xəstəliyin mümkün müalicəsi yollarını müzakirə etməyi planlaşdırırlar.
“Hələ bu barədə çox şey bilmirik. Bildiyimiz odur ki, bu variantda çoxlu sayda mutasiya var”, - deyə ÜST-nin COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerxov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Botsvana, CAR və Honq Konqda B.1.1.529 adlı yeni COVID-19 ştammı ilə 10 yoluxma halı aşkar edilib ki, bu da koronavirusun digər variantlarından daha patogen ola bilər.  Yeni ştamın tərkibində 32 mutasiya var. Bəzi araşdırmalar onun yüksək ötürülmə qabiliyyətini və vaksinlərə qarşı yüksək müqavimətini qeyd edir. 
Tarix: 26-11-2021, 08:59
Xəbəri paylaş





Xəbər lenti