Koronavirusun yeni variantına "Omikron" adını verilib



Yeni variant çox sayda mutasiya edir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib. AYNA-nın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.
Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.
Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda ÜST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.
Tarix: 27-11-2021, 09:55
Xəbəri paylaş





Xəbər lenti