Son günlər chek-up üçün səhiyyə xidmətinə müraciət etdim, çox təəssüfləndim. 20-ci əsrin əvvəlləri səviyyəsində xidmət, amma qiymətlər Avropa-ABŞ səviyyəsində... Tibbi sığorta da hələ heç kimə məlum deyil, necədi, nə üçündü və kimin üçündür. Əmək haqqım nisbətən yüksək olduğuna görə tibbi sığorta yaranandan etibarən böyük məbləğdə pul köçürmüşəm. Amma heç bir qəpik də bu sığortadan yararlana bilməmişəm.
Bütün ölkələrin tibbi sığorta işini təhlil edirəm, öyrənirəm, amma öz sığorta sistemimiz haqqında bir aydın nəticəyə gələ bilmədim. Əgər bu öz ödədiyim puldan mən istifadə edə bilmirəmsə sadə camaat necə edə bilər.
Təhlillər sübut edir ki, Sovet dövrü ilə müqayisədə bütün səhiyyə göstəriciləri xeyli geriləmişdir (adambaşına səhiyyə xərcləri, hər 1000 nəfərə həkim, tibb bacısı sayı, çarpayı sayı və s). Bir də bu göstəriciləri başqa nümunəvi səhiyyə xidməti olan ölkələrlə, xüsusi ilə qonşu Qafqaz ölkələri ilə müqayisə etdim.
Adambaşına səhiyyə xərcləri, ABŞ dolları
1. Ermənistan - 613 dollar
2. Gürcüstan -484 dollar
3. Azərbaycan - 249 dollar
Bu göstərici dünya ölkələri üzrə ən çox olan
ABŞ- 12473 dollar
Ən az olan Madaqasqardı, 17,64 dollar.
Orta dünya göstəricisi isə 1265,6 dollardı.
Sovet dövründə Azərbaycanda bu göstərici orta dünya göstəricisindən daha çox idi.
Aşağıdakı şəkildə Dünya bankının məlumatları verilmişdir. Digər şəkildə ölkələr üzrə cəmi səhiyyə xərclərinin ümumi daxili məhsulda payı verilmişdir, göründüyü kimi bu göstəriciyə görə də Azərbaycan əksəriyyət ölkələrdən geridədi, hətta yaxınlara qədər Madaqaskardan da geri qalırdı.
Saleh Məmmədov. professor
Siam-az.com
Tarix: 2-08-2024, 08:24