Limonlu su içmək bu xəstəliklərdən qoruyur
Əsasən arıqlamaq məqsədi ilə istifadə edilən limonlu suyun orqanizm üçün bir çox faydası var.
Siam-az.com limonlu suyun faydalarını təqdim edir:
- Limonlu su immuniteti gücləndirir və sərbəst radikallardan qoruyur
- Həzmi asanlaşdırır və qəbizlik kimi problemləri həll edir
- Böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır
- İltihabın qarşısını alaraq artrit kimi revmatik ağrılara yaxşı gəlir
- Bədəndən toksinlərin çıxarılmasını asanlaşdırır
- Qan təzyiqini aşağı salır, ürək sağlamlığını qorumağa kömək edir
- Kollagen istehsalını dəstəkləyir və dəri üçün faydalıdır./Metbuat/
Tarix: 14-08-2024, 09:24