Biz birlikdə olduqda güclüyük

Biz birlikdə olduqda güclüyük Azərbaycanda çox sayda siyasi məhbus var və hər dəfə onlardan söz düşəndə “məni həbs etsələr, arxamda kim duracaq?” kimi suallarla qarşılaşıram. Bəlkə də insanlar belə düşünməkdə haqlıdırlar!? Həbs olunarsa, ailələrinin durumu, onların maddi və mənəvi ehtiyacını təmin edə bilmək qayğısı çox vaxt insanları daha ehtiyatkar davranmağa vadar edir.

Bu üzdən düşündük ki, ölkədə haqsız yerə həbs olunmuş insanların ailələrinin bir arada olması, bir-birinə dəstək verməsi belə suallara yaxşı cavab olar. Bu və digər səbəblərə görə keçən gün məhbus ailələrinin davamlı təmasını təmin edə bilmək üçün Məhbus ailələrinin kordinasiaya mərkəzini yaratdıq. Davamlı olaraq ailələrin bur arada olması, məhbəsdə olan əzizlərinin problemlərini gündəmə gətirmək və əlamətdar günlərini birgə qeyd etmək, eyni zamanda bu həbslərin heç də bu ailələri qorxutmadığını bildirmək üçün belə bir mərkəzin yaradılmasının vacib olduğunu düşündük.

Biz eyni zamanda iqtidarda olanlara da bu mesajı vermək istədik ki, insanların yaxınlarını həbs edib işgəncə vermənizə, övladlarını, sevdiklərini zindanlara saldığınıza, hədələrə, təhdidlərinizə baxmayaraq, bir aradayıq və həbs edib cinayətkar elan etdiyiniz yaxınlarımızla fəxr edirik. Dünənə qədər ayırmaq istədiyiniz insanları əslində, bu həbslər birləşdirib. Millətci, dindar, ateist, liberal, sağçı, solçu fərq etmir, ölkədəki ədalətsiz və zülmkar hakimiyyətin qarşısında hamı birlikdədir və bizim idealımız hər kəsin bir arada yaşaya biləcəyi bir ölkədir.
Bir həqiqəti unutmayaq.

Yazı Zümrüd Yağmurun facebook səhifəsindən götürülüb
Tarix: 6-03-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti