Azərbaycana qarşı sui-qəsd PLANI: kəşfiyyat gizli ERMƏNİ ŞƏBƏKƏSİNİ DE-ŞİFRƏ ETDİ

Azərbaycana qarşı sui-qəsd PLANI: kəşfiyyat gizli ERMƏNİ ŞƏBƏKƏSİNİ DE-ŞİFRƏ ETDİ Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edib.

Publika.az xəbər verir ki, mərkəzin məruzəsində Ermənistanın maraqlarını müdafiə edən erməni lobbisində təmsil olunanlar və onların fəaliyyət detalları olaraq açıqlanır.

Qeyd edək ki, ESİSC 2002-ci ildə Brüsseldə yaradılıb və təhlükəsizlik sahəsində kəşfiyyat mənbələrinin məlumatlarının analizi üzrə ixtisaslaşıb.

***

Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib.

40 illik erməni konyakı və ukraynalı deputatı ələ almaq cəhdi

2017-ci ili 24 yanvar tarixində Ukrayna deputatı Vladimir Arev “Facebook”da yazdı ki, son illər bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan (Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri – red.).


Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb.

Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiqlər, böhtanlar dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham etdilər.



Arevlə bağlı məsələ sübut edir ki, AŞPA-da bəzi deputatların qanunsuz işlərlə məşğul olması istisna deyil. Lakin Arevlə bağlı məsələ yalnız aysberqin görünən hissəsidir.

AŞPA-da anti-Azərbaycan əməliyyatları 2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. Həmin şəxsin adı ESİSC-in ikinci hesabatında açıqlanacaq. Məruzədə o, “mister X” olaraq adlandırılır. Bu təyinatdan sonra AŞPA-da bəzi şəxslər birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladı. Lakin heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri daşıyırdı.

Niyə son illərdə AŞPA-nın bir çox məruzəsi Rusiya, Türkiyə və Azərbaycan maraqlarına qarşı yönəldilib? Niyə bu tənqidlər Corc Sorosun və Ermənistan Fondunun gündəliklərini əks etdirir?

“ONG Monitor”un məlumatına görə, şəffaflıq və azadlıq üzrə ixtisaslaşan QHT-lər Soros Fondunun ayırdığı 4 milyard avro qrantla maliyyələşir və bura “Human Rights Watch”, “Amnesty İnternational”, “Human Rights House Foundation”, “Açıq dialoq”, “Avropa sabitlik təşəbbüsü” (YEİS), “İnsan haqları üzrə Helsinki komitələri” kimi təşkilatlar da daxil olmaqla Avropanın 50 qeyri-hökumət təşkilatı aiddir. Görünür, Soros Fondunun qrantları ilə maliyyələşən bu təşkilatların hər birində şəffaflıq prinsipi pozulub. “Human Rights House Foundation” və YEİS 6 ildir maliyyə mənbələri və xərclər haqda heç bir informasiya vermir.

“Qızılgül inqilabı”, Maydan və Bakıya hücum

2003-cü ildə Gürcüstanda Tiflisdə “qızılgül”, Ukraynada “narıncı inqilab”, daha sonra Maydan hadisələrində Soros Fondu əsas rol oynadı. Məlumatlar sübut edir ki, Corc Soros Ukrayna hadisələrində şəxsən rol oynayıb və o, bu işdə Obama Administrasiyasının üzvləri, həmçinin, Avropadakı dövlətlər və beynəlxalq institutlarla olan əlaqələrindən istifadə edib.




Obama dönəmində ABŞ Dövlət katibinin müavini olan Viktoriya Nulandın Ukraynadakı ABŞ səfiri Ceffri Payettomla telefon danışığının şifrəsi açılandan sonra təsdiq olundu ki, Ukrayna inqilabına Amerika rəhbərlik edirmiş. Fransanın “Mediapart” saytında dərc olunmuş sənədlər Sorosun Ukrayna hakimiyyətinin ən yüksək eşelonlarına təsirini sübuta yetirir.

Corc Sorosun “şəxsi diplomatiyası” Lozanna konvensiyası ilə qadağan olunub. Həmçinin, ABŞ-ın federasiya qanunları da istənilən Amerika vətəndaşının xarici hökumətlə danışıqlar aparmasını, xarici siyasətə təsir etməsini qadağan edir. Lakin Soros özünü qanundan yüksək tutur. Buna görə də onun çoxsaylı QHT-si Ukrayna böhranında əhəmiyyətli rol oynadı.

Sorosun Ukraynaya təzyiqi yeni hadisə deyil. Onun təşkilatları onilliklər ərzində Bakını ləkələyir, Azərbaycan haqqında yalan informasiyalar yayır, dünyəvi dövləti diktator rejimi kimi təqdim etməyə çalışırdı. 2010-cu ildən etibarən Azərbaycanda insan potensialının inkişafı daim yüksəlir, baxmayaraq ki, Ermənistan işğalı nəticəsində ölkə kütləvi qaçqın problemi ilə üzləşib. Lakin QHT-lər siyasi həbslər haqda bağırır: nə qaçqın problemini, nə də 105 radikalın Suriya və İraqa getməsini xatırlayır. Azərbaycan hakimiyyəti Avropa demokratlarından fərqli olaraq, öz sərhədləri daxilində problemlə mübarizədə tamamilə qanuni və ədalətli addımlar atır.

Azərbaycanı gözdənsalma kampaniyası fonunda Ermənistandakı vəziyyətə göz yumulur və “düşmənimin düşməni, mənim dostumdur” prinsipindən çıxış edirlər. Bu prinsipi 2012-ci ildən başlayaraq, AŞPA-nın boynuna qoymağa çalışırdılar. Soros yalnız Avropa siyasətinə qarışmır, ABŞ-da aktiv oyunçu olmağa davam edir və erməniyönümlü diplomatiyanın irəliləməsi üçün mesenat fəaliyyətindən istifadə edir. Bunun üçün o, İrəvanda “Açıq Cəmiyyət İnstitutu”nun filialını öz erməni diplomatiyasının əsas elementinə çevirdi. Digər tərəfdən, Soros ABŞ-da güclü erməni lobbisinə güvənir, “Azərbaycanın stabilliyini pozmaq üçün Ermənistan tərəfindən oyna” strategiyasını gücləndirir.



2001-ci ilin 25 yanvarında Azərbaycan və Ermənistan AŞPA-nın üzvü oldu. Təəssüf ki, Azərbaycan daim sübutsuz hücumların hədəfinə çevrildi. 2012-ci ildə rəhbərliyə “mister X”-ın gəlişi ilə bu hücumlar gücləndi.

Cerald Knaus
Tarix: 9-03-2017, 16:49
Xəbəri paylaş





Xəbər lenti