Lavrov “əhəmiyyətli danışıqlara telefonsuz girirəm” deyir
“WikiLeaks” CIA-nın son model telefon və ya televiziya kimi elektron cihazlarla müəyyən çevrələri dinləməsi haqqında yaydığı sənədlərdən bir neçə gün sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov əhəmiyyətli danışıqlara telefonsuz girdiyini söyləyib.Moskvada alman həmkarı Siqmar Qabriel ilə birlikdə mətbuat konfransı təşkil edən Lavrov “mən şəxsən həssas mövzuların danışıldığı yığıncaqlara telefonsuz getməyə çalışıram” deyib.
O, “ən azından bu ana qədər arzuolunmaz vəziyyətlərlə qarşılaşmaq məcburiyyətində qalmadım” söyləyib.
Lavrov CIA-nın mühit dinləməsi məsələsinə gülümsəyərək “eşitdiyimə görə soyuducudan belə dinləyə bilirlər” deyib.
azadliq.info
Tarix: 10-03-2017, 08:41