Prezident hakim komandanı dəyişir..kimlər kürsüsü ilə vidalaşacaq, kimlər qalacaq? - Pərdəarxası

Prezident hakim komandanı dəyişir..kimlər kürsüsü ilə vidalaşacaq, kimlər qalacaq? - Pərdəarxası Azərbaycan hökuməti dəyişir. Prezident İlham Əliyevin iqtidarı gəncləşdirdiyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq.

Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq. Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı.

Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyatın da həvalə olunması məhz siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü deməyə əsas verir. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.(politika.az)ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin qaranquşlarıdır.
İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.

"Strateji Yol Xəritəsi”nin qəbul olunması, dövlət stukturlarında qənaət rejimi, icra hakimiyyətlərinə dotasiyaların kəsilməsi iqtisadi reformların mühüm istiqamətidirsə, digər tərəfdən kadr islahatları bunun ən mühüm tərəfləridir.

Ölkənin gündəmi dəyişib, diqqət prezidentə yönəlib və hamı bu dəyişikliklərin davamını istəyir. Bu, hakimiyyət üçün bəzi müxaliflərin iddia etdiyi kimi, quraşdırılmış tamaşa deyil.

Situasiyanı xəbərdarlıqlardan nəticə çıxarmayan, yeni dövrün diktə etdiyi qənaət və vicdan normaları ilə uyğunlaşmayan, “daha çox yeyək, daha çox oğurlayaq” devizi ilə vəzifə tutanlar təhlükəli məcraya yönəldirlər. Vəziyyəti isə hamıdan yaxşı bilən və görən prezidentdir.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Siam.az
Tarix: 10-03-2017, 10:44
Xəbəri paylaş





Xəbər lenti