“Atanızdan xəbərsizsinizsə, açıqlayıb özünüzü bu şəkildə ifşa etməyin”
“Son vaxtlar qeyri-adi bir proses baş verir. Bu qəribə dövrdə həm milli mənliyinə, həm də özlərinə çoxlarının şübhə etdiyi adamlar Türk olmadığı, “azərbaycanlı” olduğu ilə bağlı fikirləri tirajlamağa başlayıb. “Mən azərbaycanlıyam” deyib danışanlar 25-30 yaşlı gənclərin içində olsaydı bunu bir qədər anlamaq olardı. Çünki son vaxtlar tariximiz çalxalanır və gənclərə düzgün məlumat verilmir. Acınacaqlısı odur ki, həmin şəxslər bizim öndəgedənlərimzidir”. Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Rəhim Qazıyev deyib.Rəhim Qazıyev sonra bildirib ki, həmin şəxsləri heç də özbaşına danışmırlar, onları danışdıranlar var: “Ən başlıcası odur ki, atasından, anasından, milli mənliyindən tam əmin olanlar heç vaxt bu qədər milli kimliyini qabartmırlar. Sakitcə həyatlarını sürürlər və milli kimlikləri ilə də fəxr edirlər. Azərbaycanda çox sayda müxtəlif etniklər var, yaxınlaşıb ət-dırnaq olmuşuq. Azərbaycanda yaşayan milli etnik qruplara daxil olan hər bir vətəndaşımıza da xüsusi hörmətim var. O vətəndaşların da öz milli kimlikləri ilə qürur duymasında heç bir qəbahət yoxdur, biri kürd olar, biri ləzgi olar, biri talış olar, biri tat olar. Və mən milli mənliyi ilə qürur duyan vicdanlı vətəndaşların, etniklərin hər birinin qarşısında baş əyirəm! Amma bugünkü gündə torpağının 20 faizi düşmən əlində olduğu, düşmənlərimizin qanımıza susadığı bir vaxtda belə bir iyrənc məsələni qabardıb, özünə hansısa ad qoyub, öz kökündən bixəbər olan, Türk mənliyinin şərəfini anlayıb başa düşməyən insanlara yazıqlar olsun deyirəm!” Sabiq nazir onu da vurğulayıb ki, bizim ən böyük faciəmiz ondadır ki, düşmənlərimizi öz qoynumuzda yağ-bal içində bəsləyirik: “Mənə ən ağır gələn də budur. Çox təəssüf edirəm ki, milli kimliyinə şübhə edən Arif Rəhimzadələr, Araz Əlizadələr, Çingiz Qacarlar meydana çıxıb. Onlara demək istəyirəm ki, ata-ananızdan xəbərsinizsə, bunu açıqlayıb özünü bu şəkildə millətə faş etməyin. Kimdən əmələ gəldiyinizi bir daha millətə göstərməyin. Mənim yaxşı yadımdadır, nənəmin pasportunda milliyəti Türk yazılmışdı, Şəkiyə gedəndə o pasportu tapıb göstərəcəm sizə. Üz qapağı qara rəngdə pasport idi. Sonradan gorbagor Stalin, Mikoyan kimi Türk düşmənlərinin xüsusi xidməti ilə Qafqazda ən böyük milli kimlik olan Türklərin izini itirməyə başladılar. Bu məqsədlə azərbaycanlı adında bir millət yaratmağa cəhd etdilər.
Təkif edirəm qüdrətli alimlərimiz, şəxsiyyətlərimiz, tariximizi bilənlər bir araşdırsınlar ki, hakimiyyətdə olan zümrə bütün eksterimal şəraitlərdə gəlib Azərbaycana dikilən gözləri, uzanan əlləri kəsən, Azərbaycan vətəndaşlarını qandan-qadadan qurtaran Türk millətinə nəyə görə düşmən kəsiliblər. Belə bir vaxtda bu torpağın varını-dövlətini yeyib kimliyinə düşmən kəsilmiş ata-anasından bixəbərlərlərə baxmayaraq Türk yenə də öz böyüklüyünü göstərir. Bizim başbilənlərimizin, ziyalılarımızın da silkələnib ayılmaq, dostla düşməni ayırd etməyin zamandır artıq. Nə qədər ki, düşmən içimizdədir, yuxarı vəzifələrdədir o qədər ehtiyatlı olmalıyıq. Çünki məqam düşdükcə bu millətə arxadan öz zərbələrini endirəcəklər. Allahdan Türk dünyasına, ümumiyyətlə azərbaycan vətəndaşı olub Azərbaycana, dövlətçiliyimizə sədaqətlə qulluq edən əsl kişilərə uğurlar diləyirəm”.Zəhra
Tarix: 11-03-2017, 23:00