Milli Şura: 'Əhali var-yoxdan çıxa bilər'
Təhlillər göstərir ki, iqtisadi vəziyyət, əhalinin yaşayışı ötən il daha da pisləşib və hökumət iclaslarında böhranın durdurulmasına və iqtisadi sabitliyin təmin olunmasına dair söylənən şirin nağılların gerçəkliklə heç bir bağlantısı yoxdur”
Demokratik Qüvvələrin Milli Şurasınən ölkədәki sosial-iqtisadi vəziyyətlә bağlı yaydığı bəyanatda belə deyilir.Bəyanatda manatın ucuzlaşmaqda davam etməsi, ÜDM-in həcminin azalması, əlverişsiz investisiya mühiti, pul-kredit siyasətində buraxılan kobud səhvlərin ölkəni pis duruma saldığı göstərilir.
“Tikinti, daşınmaz və avtomobil bazarları çöküb”Ölkənin tikinti sektoru, daşınmaz əmlak və avtomobil bazarlarının, demək olar ki, çökdüyünü bildirən Milli Şura statistik göstəricilərə istinadən belə qənaətə gəlib ki, 2016-cı ildə ölkənin gəlirləri kəskin şəkildə azalıb, sərmayə qoyuluşunun həcmi əhəmiyyətli dərəcədə düşüb, xaricə investisiya və valyuta axınları sürətlənib, istehlak bazarının ölçüsü daralıb, əhalinin həyat səviyyəsi pisləşib, dövlət borcu, habelə yerli müəssisə və təşkilatların öhdəlikləri sürətlə artıb, ehtiyatlar azalıb.
Milli Şura hakimiyyəti korrupsiya və rüşvət maşınının, monopoliya piramidasının dağıdılmasınaı, ölkədə əlverişli investisiya və rəqabət mühitinin yaradılmasına çağırır.“Milli Şura xəbərdarlıq edir ki, "ölkəni uçuruma gətirib çıxarmış hazırkı siyasətdən" təcili şәkildә imtina olunmalıdır. Bu siyasətin davam etdirilməsi mövcud problemləri daha da böyüdə, tənəzzülün hüdudlarını genişləndirə, əhalini var-yoxdan çıxara bilər”, - bəyanatda vurğulanır.“Azərbaycan çətin və böhranlı şəraitdən şərəflə çıxa bilib”Ölkə hakimiyyəti isə əksinə, hesab edir ki, Azərbaycan maliyyə böhranından “üzüağ çıxa bilib”. Dövlət başçısı yanvarın 10-da hökumətin son iclasında deyib ki, neftin qiyməti düşsə də Azərbaycanın qeyri-neft sektorunda artım əldə olunub.
«2016-cı ildə dünyada və regionda təhlükələr artıb, qanlı müharibələr davam edib. Hətta yeni münaqişə ocaqları yaranıb, iqtisadi inkişafla ...deyib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2.6 faiz artım əldəolunub: “Bu iki rəqəm göstərir ki, Azərbaycan bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bilib. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək.İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni işyerlərinin yaradılması təmin olunacaq.Əminəm ki, bütün dediyim hədəflərəçatacağıq».(Azadlıq org)
Tarix: 13-03-2017, 08:57