DGK-nı əslində Səfər Mehdiyev idarə edirmiş... - Bütün qohumları gömrük şəbəkəsini ələ keçirib

DGK-nı əslində Səfər Mehdiyev idarə edirmiş... - Bütün qohumları gömrük şəbəkəsini ələ keçirib "Bu gün Dövlət Gömrük Komitəsini DGK-nin sədri Aydın Əliyev yox, onun müavini Səfər Mehdiyev idarə edir". Bu barədə DİA.AZ-a DGK-dakı bilgili qaynaq informasiya verib. Mənbə iddia edir ki, Səfər Mehdiyev o qədər geniş imkanlara malikdir ki, hətta onun həlledici fiqur olduğunu bildiklərindən digər DGK çalışanları da özlərini Aydın Əliyevin yox, məhz Səfər Mehdiyevin qarşısında məsul hiss edirlər.

Dia.az xatırladır ki, bu vaxta qədər yerli KİV-lərdə də bu barədə müəyyən informasiyalar yayılmışdı. Həmin xəbərlərdə qeyd olunurdu ki, Səfər Mehdiyev əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını Gömrük Komitəsində işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir.

Həmin məlumatda o da qeyd olunurdu ki, əslində Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb ki, bu gün onun əlindəki imtiyazlar da bir çoxları tərəfindən anlaşılan deyil. Dia.az bildirir ki, məlumatlara görə, 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, Ilham Tarquliyev… bu slesarlar Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər... - Yəni anlaşılmayanı budur.

Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir, heç bir savadı yoxdur.

DİA.AZ-a danışan mənbə bütün bunları xatırladaraq qeyd edir ki, əslində Səfər Mehdiyev hazırki durumundan heş də məmnun deyil və özünü daha böyük postlarda görür. Mənbənin söylədikləri: "Özünü hər yerdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun varisi kimi təqdim edir və deyir ki, Kamal müəllim daha yuxarı vəzifəyə gedərsə, onun da yerinə Səfər Mehdiyev gələcəkmiş..."

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 15-03-2017, 16:56
Xəbəri paylaş





Xəbər lenti