Türkiyəyə qarşı məkrli PLAN: Azərbaycana da toxunur
Hikmət Hacızadə: “ABŞ və Qərbin əsas hədəfi regionda kürd dövləti yaratmaqdır”
Ağ Ev İraqdakı Kürd Muxtar Vilayətinin peşmərgə qüvvələrinə 300 milyon dollarlıq hərbi yardım edəcək. “Cümhuriyət” qəzeti xəbər verir ki, kürdlərə 4400 ədəd M16A4 avtomatı, 46 ədəd M20 pulemyotu, 186 ədəd M240 pulemyotu, 113 ədəd HMMVV zirehli avtobili, 36 ədəd 105 millimetrlik M119A2 qaubitsası veriləcək. Türkiyə Suriyanın Əl-Bab bölgəsini İŞİD terrorçularından təmizlədikdən sonra Menbiçdə hərbi əməliyyatlara başlayacaqdı.Lakin Rusiya və Əsəd qüvvələri Türkiyənin qarşısına keçmək üçün Menbiçin Qərbində yerləşən kəndləri ələ keçirdilər.
Həmçinin ABŞ Menbiçin Çerablusla Şimal sərhədlərinə öz qoşunlarını yerləşdirdi.Türkiyənin bölgəyə gedən yolu bağlandı.Türkiyənin məqsədi bu yoldan istifadə edərək Rəqqanı İŞİD-dən almaq idi.Amma ABŞ Rəqqanın azad olunması üçün YPG və Əsədə qarşı döyüşən müxalif güclərdən istifadə etməyin daha ideal variant olduğu məsələsini ön plana çəkdi.Digər yandan isə kürdlərin nəzarətində olan Afrin bölgəsində Rusiyanın hərbi baza qurmaq məsələsi gündəmə gəlmişdi.ABŞ qüvvələri də bundan sonra kürd regionu yaxınlığındakı manevrlərinin sayını artırdı. Əlbəttə, ayrı-ayrı cəbhələrdə döyüşən Rusiya və ABŞ-ın məqsədi bir idi: türk ordusunu mümkün qədər kürd bölgələrindən uzaq tutmaq. Məhz bu məqsədlə də ABŞ Əsədə qarşı istifadə ediləcək əsas gücün kürdlər olduğu iddiasını irəli sürürərək kürd məsələsini şişirdi.Türkiyəyə də bunu qəbul etdirmək niyyətindədirlər.
Türkiyənin puç olan proqnozlarıABŞ-ın məqsədi Suriyanın Türkiyə ilə sərhədində yerləşən kürd bölgələrində möhkəmlənməsinin qarşısını almaqdır.Bu məqsədlə də zaman-zaman kürdləri silahlandırır və göndərdiyi yardımın həcmini artırır.YPG və PYD ilə yanaşı Şimali İraq Kürd Muxtariyyətinin silahlandırılması nəticəsində ABŞ Türkiyənin Suriya və İraqla sərhədlərində cümhuriyyət ərazilərinə kürd axınının qarşısına keçəcək təhlükəsizlik zolağı yaratmaq planını puç etdi.
“Əsas hədəf kürd dövləti yaratmaqdır”Politoloq Hikmət Hacızadə “Cümhuriyət” qəzetinə bildirib ki, peşmərgələrin silahlandırılmasında əsas hədəf Yaxın Şərqdə kürd dövləti yaratmaqdır. H.Hacızadə hesab edir ki, hazırkı situasiyada ABŞ və digər siyasi güclər bu planın həyata keçirilməsinə fokuslanıblar:
“Kürdlərin ABŞ tərəfindən silahlandırılmasında əsas məqsədlərdən biri kürdlərin İŞİD-lə apardığı mübarizədə onlara dəstək verməkdir. Amma son yardım kürd dövlətinin qurulmasına və kürd muxtariyyətinin möhkəmləndirilməsinə hesablana bilər.İndiki məqamda əsas məsələ İŞİD-lə mübarizədir.Amma bütövlükdə ABŞ və Qərbin əsas hədəfi regionda kürd dövləti yaratmaqdır.Bu kürd dövləti Amerika və Qərbin Yaxın Şərqdə müttəfiqi, maraqlarını həyata keçirən güc, “marionet dövlət” olmalıdır.Buna görə də regionda kürd dövlətinin yaradılması prosesi gedir.Bu, birbaşa Türkiyəyə yox, regionda yerləşən bütün dövlətlərə qarşı olan plandır.Kürd dövləti vasitəsilə ABŞ və Qərb bölgədə gedən siyasi proseslərə təsir etməyi, yön verməyi planlaşdırırlar.Vaxtilə Ermənistanı da bu məqsədləri üçün yaratmışdılar”.Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 23-04-2017, 20:51