Azərbaycanlılar narahatdır: Almaniya miqrantlara sığınacaq vermir: Minlərlə qaçqın geri qaytarılacaq
Almaniya hökuməti ölkəyə qaçqın kimi gələnlərin müraciətinə baxılması qaydalarını daha da sərtləşdirib.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Almaniya Əfqanıstandan gələn miqrantların ancaq 47,9 faizinə sığınacaq verib. “Passauer Neue Presse” DİN-in rəsmi məlumatına istinadən yazib ki, ümumilikdə Əfqanıstandan 27639 miqrant müraciət edib. Onlardan 14, 5 min əfqana artıq rədd cavabı verilib. Bu isə gələnlərin təqribən yarisi deməkdir.
2015-ci ildə miqantların 77,6 faizi müsbət cavab aldığı halda 2016-cı ildə bu rəqəm 60,5 faizə düşüb. Bu ilin yanvar-fevral aylarında isə müraciət edənlərdən 47,9 faizinə müsbət cavab verilib.
Əfanıstandan olan miqrantlara qarşı münasibətin kəskin dəyişməsinə səbəb kimi son 2 ildə "Taliban" üzvlərinin bu ölkəyə gəlmə ehtimalının yüksək olması göstərilir.
Son məlumatlara görə, Almaniyadan 60 əfqan deportasiya edilib, bu sayın 12,5 min olması planlaşdırılır.
Almaniyada mqirantlara qarşı münasibətin daha da ciddiləşməsi bu ölkədən sığınacaq istəyən çox sayda azərbaycanlını da narahat edir. Almaniyada siyasi sığınacaq istəyən soydaşımızın Cebhe.info-ya verdiyi məlumata görə, özü də daxil olmaqla bir çox soydaşlarımıza imtina cavabı verilib və qərardan məhkəməyə müraciət edilib.
Xəzər
Tarix: 24-04-2017, 15:02