CƏLILABAD RAYONUNDA MÜƏLLIMLƏR ÜSYANA QALXIR

CƏLILABAD RAYONUNDA MÜƏLLIMLƏR ÜSYANA QALXIR Press-az.com-un verdiyi məlumata görə, yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətlə­ndirmədən sonra düşü­nürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Tə­hsili bazara döndəri­blər. Kim istəyir pu­lunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu ağır olan müəllimlərin dərs saa­tlarının yetərli olm­adığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bi­zə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlə­diyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bi­lər. Bu nə qanunsuzl­uqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.
Tarix: 1-08-2017, 10:45
Xəbəri paylaş





Xəbər lenti