“Ailə” TV kabel televiziyası firmasının internet xidməti abunəçiləri intihar həddinə çatdırıb. Bu şirkətin internet xidməti abunəçilərin tez-tez hüquqlarının pozulması ilə müşahidə olunur. Özbaşınalıqla üzləşən abunəçilərdən biri də Anaxeber.az-ın baş redaktoru Azər Talıbovdur. Paytaxtın Suraxanı rayonu, Samir Cəfərov küçəsi 34, ev 82 ünvanında yaşayan baş yazarın sözlərinə görə, interneti kəsilib və “Ailə” TV heç bir tədbir görmür:
“Elə ki, bir gün ödəniş vaxtı gecikir, interneti kəsirlər, pul tələb edirlər. Amma günlərlə internetimiz kəsilir, əsəblərimiz korlanır, hüquqlarımız tapdanır, şikayətimizə məhəl qoyulmur. O halda internetin olmadığı günlərin məbləği abunəçiyə qaytarılmalıdır”.
A.Talıbov qeyd edir ki, operatorlarla əlaqə saxlasa da, onların kobud danışığı ilə qarşılaşır: “Deyirlər ki, haqlısınız, internet kəsilib, amma heç nə edə bilmərik. Belə bir şirkətə hansı abunəçi etibar edər?
KATV “Ailə” TV-dən sonra yaranıb. Bu gün də yüksək səviyyədə xidmət göstərir. Çünki vətəndaşlardan qazandığı inamı, etimadı itirmək istəmir.
Heyf ki, yaşadığımız binada KATV yox, bərbad fəaliyyəti ilə hər gün haqqımızı yeyən, əsəbimizi pozan “Ailə” TV var. Bu şirkət müqavilədə göstərib ki, fasiləsiz internetlə təmin edəcək. Amma günlərlə internetsiz qalırıq.
Operatora deyirəm ki, ödəniş etmişəm niyə internet yoxdur? Üzrxahlıq etmək, problemi həlli yoluna qoymaq əvəzinə deyir ki, xoşlasan da, xoşlamasan da budur. Sanki mənim bunlara borcum var.
Operator deyir ki, axşam saat 7-dən sonra şirkətdə heç kəs olmur, ona görə də internet problemini həll edə bilmərik. Bəs müqavilədəki fasiləsiz internet vədi hara getdi?”
Baş redaktor “Ailə” TV abunəçilərini bu şirkətdən imtina etməyə və boykota çağırdı: “Əgər oxuculardan kiminsə bu şirkətlə müqavilə bağlamaq fikri var idisə, indidən deyirəm ki, peşman olacaqsınız, qəti şəkildə fikrinizdən daşının.
Vətəndaşı saymayan, onun maraqlarını nəzərə almayan, pulu düşünən bir firmadan uzaq durun. Ölkədə başqa firmalar var, “Ailə” TV-dən ayrılın, onlarla əlaqə saxlayın”.
Tarix: 5-08-2017, 12:27