Böyrəklər orqanizmdə çox vacib və çətin funksiyanı yerinə yetirir – qanı toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir.
Düzgün qidalanma insanın sağlamlığında böyük rol oynayır. Böyrəklərin sağlamlığı üçün də düzgün qidalanma çox vacibdir. Böyrəklər üçün ən faydalı sayılan qidalar bunlardır:– Göyərtilər (cəfəri, şüyüd, kərəviz, keşniş, göy soğan) böyrəklərin fəaliyyətinə çox müsbət təsir edir və bu səbəbdən göyərtini qidalanmaya daim daxil etmək lazımdır. Göyərtilərin bir çoxusu sidikqovucu təsir edir, böyrəkləri duzlardan və qumdan təmizləyir.
– Balqabaq da böyrəklər üçün çox faydalıdır. Balqabaq A və E kimi antioksidant vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə gedən bərpa proseslərində iştirak edir, orqanizmi cavanlaşdırır.
Balqabaq yüngül sidikqovucu təsirə malikdir və bu da böyrəklərin sağlamlığına müsbət təsir edir.
– Alma və qavalı orqanizmdən toksinləri xaric edir, sidikqovucu təsirə malikdir, sidik turşusunun əmələ gəlməsinə mane olur.
– Qarpız böyrəklərin ən sevdiyi məhsuludur. Qarpız güclü sidikqovucu təsirə malikdir, böyrəkləri duzlardan və qumdan təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.
– Balıq da böyrəklər üçün çox xeyirlidir. Balıq dəmir, fosfor, maqnezium, mis, kalsium kimi minerallar, D vitamini ilə zəngindir. Bu maddələr böyrəklərin sağlamlığına çox müsbət təsir edir.
– İtburnu ən faydalı müalicəvi bitkilərdən biri sayılır. İtburnu bütün orqanizmə müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
İtburnu təbii sidikqovucudur – böyrəkləri yaxşı yuyur, qumdan və duzlardan təmizləyir, hətta kiçik daşları əridir.
– Süd də (orqanizm bu məhsulu normal qəbul edirsə) böyrəklər üçün çox faydalıdır.
Sadaladığımız məhsulları qidalanmanıza daha tez-tez daxil edin.
Bol maye də böyrəklərin sağlamlığı üçün çox vacibdir. Maye böyrəklərə ziyanlı maddələrdən təmizlənməyə kömək edir. Gün ərzində orta hesabla 2 l maye içmək lazımdır. Burada ən yaxşı seçim təmiz su, meyvə şirələri, yaşıl çaydır.
Əksinə isə duzlu, istiotlu qidalar, yağlı ət, hisəverilmiş məhsullar, spirtli içkilər, balıq və ət konservləri, yağlı bulyonlar, ədviyyatlar (çoxlu miqdarda) böyrəklərin sağlamlığı üçün ziyanlıdır. Bu məhsulları qidalanmanızda minimuma çatdırın.
publika.az
Tarix: 13-08-2017, 16:09