Tibbdə yenilik: Qara ciyərin bərpası artıq mümkün olacaq
Tibbdə yenilik: Qara ciyərin bərpası artıq mümkün olacaq.
"Qaynarinfo" rus mətbuatına istinadən bildirir ki, Şotlandiyanın Bərpa mərkəzi, ABŞ-ın Massaçussets Texnologiyalar institutu və Skolko Elm və Texnologiya İnstitutu öd kisəsi yolları və qaraciyər toxumalarının bərpasının mümkünlüyünü nümayıiş etdirdi. Belə ki, qaraciyər insan orqanizmində bərpa funksiyasının mövcud olduğu orqanlardandır. Qaraciyər zərər gördüyü halda, məhv olmuş toxumalar sağlam toxumaların hesabına özünü bərpa edə bilir. Toxumaların bərpası tibb üçün hər zaman əsas problemlərdən biri olub. İndi alimlər serrozdan ciyəri ciddi şəkildə zərər görmüş insanlar üzərində təcrübə aparmağı planlaşdırır. Belə ki, ciyər toxumaları tam məhv olmuş insanlara yeni, sağlam toxumaların köçürülməsi planlaşdırılır. Ekspertlərin fikrincə, tətbiq olunacaq təcrübə Bərpa mərkəzi üçün atılmış böyük addım olacaq, qara ciyər xəstəlikləri ilə mübarizədə isə uğurlu nəticələr verəcək.
Xatırladaq ki, alimlər bundan əvvəl qara ciyəri hepatit viruslarından və serrozdan qorumaq məqsədilə modifikasiya olunmuş viruslar yaratmışdılar. Ümumiyyətlə isə qara ciyər problemlərinin əsasən oturaq həyat tərzi nəticəsində meydana çıxdığı sübut olunmuşdur.
Siam.az
Tarix: 24-08-2017, 08:18