Azərbaycanlılar ən çox bu xəstəliyə görə xaricə gedir

Azərbaycanlılar ən çox bu xəstəliyə görə xaricə gedir Azərbaycanda ildən – ilə tibbi turizmə maraq çoxalır. İnsanlar həm dincəlmək, həm gəzmək , həm də müalicə almaq üçün xarici ölkələrə üz tutur. Onu da deyək ki, ölkə daxilində də tibbi turizmə maraq az deyil.Turizm ekspertləri bildirir ki, hazırda tibbi turizm üçün ilin müxtəlif mövsümlərində müraciət edənlər olur. Ekspertlərin sözlərinə görə , elə bu məqsədlə ölkəmizə gələn turistlərin sayı da az deyil. Masallı və Şabrandakı termal sular, Naftalan nefti Naxçıvanda Duz dağ dünyada ideal müalicə və istirahət yerlərindən sayılır. Tibbi turizm şirkətləri xəstəliyə uyğun xəstəxana seçməklə , eləcə də xəstənin maddi vəziyyətinə uyğun xəstəxana seçimində həkimlə xəstənin şikayətlərinin daha dəqiq şəkildə çatdırılmasında ən yaxşı ixtisas həkimimnin seçilməsində köməklik göstərir.

Tibbi ekspert Adil Qeybullanın Fins.az-a verdiyi açıqlamasında tibbi turizmin dünyanın hər yerində olduğunu bildirdi. Onun sözlərinə görə, ölkə əhalisinin getdiyi ölkələr Almaniya, İzrail, Türkiyə və İrandır.Müalicə və müayinə üçün ən çox üz tutulan ölkə isə İran İslam Respublikasıdır. Əvvəllər İranda müalicə xərclərinin ucuz olduğunu deyən müsahibimiz hal – hazırda oradada müalicə xərclərinin artdığını və bu baxımdan həmin ölkəyə əhalinin axınında azalma müşahidə olunduğunu söylədi. Tibbi ekspertin sözlərinə görə, ən çox əhalinin müraciət etdiyi xəstəliklər onkoloji, ürək – damar xəstəlikləri , qarın böşluğunun müxtəlif xəstəlikləri, öd yolları və genekoloji xəstəliklərlə bağlıdır. Müsahibimiz onu da vurğuladı ki, İcbari Tibbi Sığorta ölkəmizi tam əhatə etmədiyindən, insanların chek up müayinələrdən yararlana bilməməsi, əhalinin xaricə axınını stimullaşdırır. İcbari Tibbi sığorta olduğu halda vəziyyət kökündən dəyişməlidir və əhalinin xaricə axınında məhdudiyyətlər olacaq.

Siam.az
Tarix: 24-08-2017, 14:59
Xəbəri paylaş





Xəbər lenti