Nazirlik rüşvətə qapı açır: YENİ QAYDA

Nazirlik rüşvətə qapı açır: YENİ QAYDA
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Əsasən dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq. Dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq.

Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək. Yəni xaricidə oxuyan tələbələrin diplomları (seçiləcək 500 universitetin diplomu istisna) imtahan verdikdən sonra tanınacaq. Ekspertlər hesab edir ki, Təhsil Nazirliyinin yeni qaydası sadəcə rüşvətə şərait yaratmaq məqsədi daşıyır. Çünki tətbiq ediləcək yeni qayda vəziyyəti dəyişməyəcək.

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov “Cümhuriyət” qəzetinə bildirib ki, müstəqillik əldə ediləndən sonra Dövlət Proqramı ilə xaricdə təhsil həyata keçirilməyə başladı:

Nazirlik rüşvətə qapı açır: YENİ QAYDA

“Bir sıra şirkətlər, şəxsi insanlar, səfirliklər, bir sıra orqanlar xaricdə təhsillə bağlı tələbə yığmağa başladılar. Hətta küçələrdə, mağaza və parklarda cəlbedici, vədedici elanlar verilməyə başlandı. Tələbələrin o yağlı vədlərə inanaraq, ucuz elanlara cəlb olunması halları indi də davam edir. Beləliklə bütövlükdə xaricə axın baş verdi. Sonra məlum oldu ki, bu universitetlərin çoxunun statusları yoxdu, tanınmırlar. Bununla bağlı problemlər ortaya çıxdı. Hətta məhkəmələrə qədər də gedənlər oldu. Bir müddət əvvəl Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı məsələlərə məhdudiyyət qoyması ilə əlaqədar müəyyən qərarı var idi. Bakalavriat səviyyəsi ilə xaricdə təhsil məsələsi dayandırılmışdı. Yalnız magistratura, doktorantura səviyyəsində xaricdə təhsilə icazə verilmişdi”.

Ekspertin sözlərinə görə, nazirliyin növbəti addımı tanınmayan, bir sıra qeydiyyatı olmayan universitetlərə tələbə axınının qarşısını almaqla saxta hesab etdiyi diplomların qarşısını almağa xidmət edir:

“Digər tərəfdən bu həm də insan hüquqlarının pozulması deməkdir. Elə universitetlər var ki, tələbələrimiz gedib orada təhsil alıb gəliblər. Bunların burada təzədən imtahan edilməsi həmin universitetlərə olan etimadın, inamın itiməsidir. Bu xaricdə təhsillə bağlı inkişafa əngəl yarada bilər. Məsələ bir qədər qaranlıqdır. Bu proses sırf qanunvericilik səviyyəsində getsə, məlum olar ki, Azərbaycanda konkret hansı universitetlərin diplomları tanınır və qanuni hesab olunur. O ki qaldı, bəzi universitetlərin diplomlarına Azərbaycanda tanınır, onların yenidən imtahan edilməsi bir sıra subyektiv amilləri üzə çıxara bilər. Dəfələrlə mətbuatda da rast gəlinib ki, xaricdə təhsil alıb gəlmiş məzunlarımız öz diplomlarını burada təsdiqləmək üçün aylarla gözləməli olublar.

Hətta kifayət qədər xaricdə ad qazanmış universitetlərin diplomlarının Azərbaycanda tanınmasında problemlər yaranıb. Hər halda bunun hansısa səmərə verəcəyini zaman göstərəcək. Boloniya sisteminin əsas şərtlərindən biri diplomların qarşılıqlı tanınmasıdır. Amma təəssüflər olsun ki, Boloniya sisteminin bu tələbi hələ ki qanuni həllini tapmayıb. Yəni bunun işlək mexanizmi yoxdur. Baxmayaraq ki, bu diplomlar qarşılıqlı tanınmalıdır. Şübhəsiz növbəti addım həmin problemlərlə bağlı olan prosesdir”.(Cebhe.info)

Tarix: 10-09-2017, 13:29
Xəbəri paylaş





Xəbər lenti