Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu”: “Bala, anlayacağımız dildə danış, görək nə etmək istəyirsən?”

Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu”: “Bala, anlayacağımız dildə danış, görək nə etmək istəyirsən?” Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə iştirakı ilə ali məktəblərə qəbul qaydalarında tam olaraq dəşiklik edilib. 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üçün hər iki qurum tərəfindən razılıq əldə edilib.

Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək. Ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Ekspertlər sözügedən dəyişikliklərin anlaşılan olmadığını iddia edirlər. Məsələ ictimaiyyətdə geniş müzakirəyə səbəb olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub Cebhe.info-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədən yeni qaydalarla bağlı izah tələb edib: “Nə dəyişilib? Mən oxudum, heç nə anlamadım. Anlaşılmayan bir məsələ haqda nə deyim? O məlumatı oxudum, amma başa düşmədim söhbət nədən gedir. O 3 fənn nədir, bu 2 fənn nədir? Nə fənlərdir? Mən demək istəyirəm ki, Dövlət İmtahan Mərkəzi aydın bir dillə rəsmi açıqlamasını verməlidir. Ondan sonra da biz münasibət bildirək. Yoxsa, mən indi bir münasibət bildirəcəyəm, səhər Məleykə Abbaszadə deyəcək ki, bu bisavad nə danışır, mən belə şey deməmişəm. Vəziyyət belədir...Əvvəlcə xahiş edirəm Məleykə Abbaszadədən yapışın ki, izah elə, bu nədir? Məsələn, mən Dövlət İmtahan Mərkəzinin rəhbəri olsam, bu cür ciddi bir məsələni ümumxalq müzakirəsinə təqdim edərəm. Yoxsa, özümdən durub qərar verim ki, gəlin belə edək... Ona görə də mətbuat nümayəndələri bu məsələnin üzərinə getməlidir ki, bala, bizim anlayacağımız dildə danış, görək neyləmək istəyirsən? Özüm anlamadığım bir şeyə qiymət vermək istəmirəm”.

Alçina Amilqızı
Tarix: 22-09-2017, 16:50
Xəbəri paylaş





Xəbər lenti