İsmayılov: "Azərbaycanda depressiya və sui-qəsdlərin sayı dəfələrlə artıb"
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti deyir ki, ölkəmizin 10 milyonluq əhalisinə 300 psixiatr düşürNadir İsmayılov :"Psixi problemlərlə mübarizə üçün Azərbaycanda kifayət qədər mütəxəssis var""Azərbaycanda psixi xəstələrin dəqiq qeydə alınması və sayı barədə yekdil məlumat vermək çətindir, çünki onların hamısı qeydiyyata alınmır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov deyib. Onun sözlərinə görə, bunun səbəbi "anonim qəbul" üsuludur.
"Şizofreniyaya tutulanların sayı respublikanın sağlam əhalisinə nisbətdə 0,6 faiz təşkil edir" — deyə Nadir İsmayılov bildirib.
Tarix: 11-10-2017, 14:15