Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyindən əcaib reaksiya - "Sizin və ya kimin nəyinə gərəkdir?"

Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyindən əcaib reaksiya - "Sizin və ya kimin nəyinə gərəkdir?" M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

Siam.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.


Medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəxtəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib: "Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub”.
Tarix: 12-10-2017, 16:04
Xəbəri paylaş





Xəbər lenti