Maqnit qasırgası gəldi: İnternet çökdü?- Hamını maraqlandıran suala CAVAB

Maqnit qasırgası gəldi: İnternet çökdü?- Hamını maraqlandıran suala CAVAB Ötən həftə sonundan etibarən maqnit qasırğası müşahidə edilir. Bu isə daha çox metohəssas, ürək, qan-damar xəstələrinin səhhətində daha ciddi problemlərə səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Cebhe.info-ya açqılamasında bildirib ki, onlar maqnit qasırğası ilə bağlı proqnoz verə, maqnit qasırğalarını öyrənə bilmirlər:


“Maqnit qasırğası ilə bağlı proqnoz verə bilmirik. Bu proqnozları NASA verir. Bunun üçün gərək ki, Günəş hər iki tərəfdən süni peyklərlə müşahidə edilsin. Günəşdəki vəziyyəti, fiziki problemləri öyrənirik”.

N.Cəlilovun sözlərinə görə hazırda Günəşdə zəif də olsa, qasırğa müşahidə edilir:

“Bu gün J1 sinifində qasırğa var ki, bunun da yalnız ürək, qan-damar problem olan xəstələrə müəyyən təsiri olacaq”.

Son günlər ölkədə internetin iflic olmasının maqnit qasırğası ilə əlaqəli ola biləcəyi ehtimalları söylənilir. Maraqlıdır, bu ehtimallar həqiqətən də doğrudurmu. İnternet Kommunikasiya

Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz Cebhe.info-ya açıqlamasında bildirib ki, bu fikirlər yanlışdır, maqnit qasırğasının elektron cihazların fəaliyyətinə təsiri ola bilər.

Nigar Məhərrəm
Tarix: 13-10-2017, 21:19
Xəbəri paylaş





Xəbər lenti