Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI açıqlandı

Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI açıqlandı Azərbaycanda daha çox yayılan sinir sistemi xəstəliklərinin adları açıqlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan sinir sistemi xəstəlikləri sırasında ilk yeri damar xəstəlikləri tutur.

Bu sırada sonrakı yerləri neyrotravmatologiya sinir sisteminin travmatoloji və infeksiyon xəstəlikləri, daha sonra isə qıcolma tutmaları, preferik sinir sistemi, onurğa xəstəlikləri, eyni zamanda irsi xəstəliklər tutur.
R.Əliyev onu da əlavə edib ki, bu il Xəstəliklər üzrə Beynəlxalq Təsnifata insultla bağlı dəyişiklik edilib: "Qan dövranı sistemi xəstəlikləri qrupuna daxil olan insult 2018-ci ildən sinir sistemi xəstəlikləri qrupuna daxil olacaq. Bu, insulta olan diqqəti artıracaq və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsinə səbəb olacaq".

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri Xanlar Həsənov isə bildirib ki, Azərbaycanda ötən illə müqayisədə insultla xəstələnmə 10-12 faiz artıb: "Artıq çəki, şəkərli diabet, arterial skleroz, müəyyən kardioloji patologiyalar, sağlam həyat tərzi keçirməmək insulta səbəb olur".
X.Həsənov deyib ki, beyinə qan sızması ilə nəticələnən insultların əksər faizi ölümlə nəticələnir: "İnsult bütün ölkələrdə ən çox rast gəlinən xəstəliklərdən biridir. Amma profilaktik tədbirlər görülsə, belə xəstələrin sayını azaltmaq olar. Profilaktika nəticəsində insultun risk faktorları müəyyən edilir və müvafiq müalicə tədbirləri aparılır ki, bu da xəstələrin sayının azalmasına öz təsirini göstərir".
Tarix: 30-10-2017, 23:20
Xəbəri paylaş





Xəbər lenti