UNEC-də rektora qarşı hərəkətlənmə - İDDİA

UNEC-də rektora qarşı hərəkətlənmə - İDDİA Faktinfo.az-ın məlumatına görə , son günlər Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı bəzi saytlarda və digər KİV-də yayılan informasiyalar bir daha təsdiqlədi ki,bu təhsil ocağı ilə bağlı ”inkişaf” adı altında dəyişən ancaq Universitetin obreviaturasının ADİU-kimi deyil,UNEC-lə əvəzlənməsidir.Təəssüf doğuran isə odur ki,Təhsil Nazirliyi bircə dəfə də soruşmayıb ki,UNEC yazılması Azərbaycan dilinin normalarına nə dərəcədə uyğundur?

Hətta mətbuatda yazılanlara əsaslansaq deyə bilərik ki,ADİU-nun bir sıra saytlarda “reklam”ı,bir neçə millət vəkilinin bəlağətli fikirləri,bəzi təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı Universitetlərlə “müqayisə”si sabun köpüyündən başqa bir şey olmayıb.Bəzi baş redaktorların orada keçirilən sessiya imtahanlarına “telefon başında şahidlik etmələri”belə məcburiyyətdən qaynaqlanıb.Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülür.

Artıq bu Universitetlə bağlı əlavə “nümunə”də var-FETÖ. Təzadlar.az-ın bir müddət əvvəl verdiyi bir sıra yazılar,o cümlədən, 21. 09.2017-ci il tarixində təqdim etdiyi “Nurçular İqtisad Universitetində yüksək postları ələ alıblar”başlıqlı məqaləsi Ədalət Muradovun ətrafında bir terror təşkilatı üzvlərinin necə və hansı səbəblərdən peyda olmasında şübhələrə yol açır.

Digər tərəfdən KİV-lərin yazdığı kimi orada çiçəklənən rüşvət,korrupsiya hallarına dair məlumatlar müəyyən zaman kəsiyindən sonra fakt olaraq rəsmi dövlət qurumu tərəfindən təsdiqlənirsə, bu hal ictimai rəydə şübhəsiz dərin izlər buraxmalıdır.Artıq mətbuatda yazılanlardan aydın olur ki,FETÖ kimi terrorçu bir təşkilata bağlı şəxslərin ADİU-da müəllim kimi işləmələri mümkünləşib.Bu da xarici “konsept”in təhsil adı altında mümkün prespektivdə ictimaiyyətə, o cümlədən elmi ictimaiyyətə sırınmasıdır.

Sentiyabr ayının 19-da Hesablama Palatasının növbəti kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə 2012-ci ildən 1 aprel 2014-cü il tarixinədək ayrılan vəsaitlərin və büdcədənkənar daxil olmaların proqnozlaşdırılması və icrasına dair”auditin nəticələri üzrə hesabatı isə bu universitet barədə şok effekti yaratdı.Məlum oldu ki,ADİU tərəfindən təhsil haqqı üzrə daxil olmaların uçotunun aparılması,təhsil haqlarının yığılması və bank hesabına köçürülməsi sahəsindəki nöqsanlar,debitor-kreditor borcların uçotdan yayındırılması müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə səbəb oldu.

Bu, elan edilən kimi Universitetin keçmiş rəhbərliyi bir neçə saytda günahkar bilindi,” Şəmsəddin Hacıyev həbs oluna bilər”başlıqlı məqalələr dövriyyəyə buraxıldı.Bununla da rəy formalaşdırılmağa başlandı ki, güya bu əməliyyatlara məsul olan mühasib, əməliyyatçı,Tədris və İnformasiya texnologiyaları üzrə prorektor günahkar olmayıblar. Amma,birtərəfli qaydada məlumat yayan saytlar qeyd etmədilər ki,əgər 2014-cü ildə pul ödənilmədən tələbələr sessiya və dövlət imtahanına buraxılıb ,onlara diplom verilibsə, bu necə mümkün olub və ya nəyin qarşılığında onlara diplom verilib.Yox, əgər ödənişlə təhsil alan məzunlara diplom verilibsə,pul niyə və necə uçotdan yayındırılıb?Axı,yay sessiya imtahanlarına buraxılan,dövlət imtahanına keçid alan tələbələr yeni rəhbərliyin dövrünə təsadüf ediblər.Bütün bu və digər amillər ətraflı qeyd olunmadan baş verənlər elə xarakterizə edildi ki,sanki hazırda ADİU-da minlərin, milyonların mənimsənilməsindən söhbət getməməlidir.

Faktinfo.az-a daxil olan informasiyalara əsaslanaraq bildiririk ki,artıq ADİU-da çalışan bir qrup professor və müəllim heyyəti orada baş vermiş və verən neqativ halları ictimailəşdirmək qərarına gəliblər.Bu barədə rektor Ədalət Muradov da müəyyən qədər məlumatlıdır.Mümkündür ki,bir müddət əvvəl əsl həqiqətlərin ört- basdır edilməsi, 9 nəfər müəllimin bir həftə ərzində tələbələrdən ümumilikdə 620 min manat(altı yüz iyirmi) rüşvət toplaması barədə faktlar yenidən müzakirəyə çıxardılsın. Digər tərəfdən biraz əvvəl mətbuatda yazılmış 2015-ci il ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması”,amma bu məbləğin Universitetdə çalışan müəllimlərin məvacibində artıma səbəb olmaması artıq narazılıq yaradan məsələlərdəndir.

Universitetdə hökm sürən süründürməçilik,rektorun yerliçilik və dostluq münasibətləri zəminində üstünlük verdiyi-Əmtəşünaslıq,Texnologiya və Dizayn,Beynəlxalq İqtisadi Münasibətlər,Maliyyə və Uçot,Kommersiya fakultələrinin dekanları,Magistratura Mərkəzinin direktoru toxunulmaz şəxslər hesab olunurlar.Bu da orada 20 il və daha artıq çalışan professor və sıravi müəllim heyyətini xəyal qırıqlığına uğradıb,narazılığa gətirib çıxarıb.

Mətbuatın qeyd etdiyi kimi bir çox tələbələr üçün dövlət imtahanının,sessiya imtahanlarının 3-5 min manata başa gəldiyi bir təhsil ocağına dair fikirlər bunlarla yekunlaşmır. Həmçinin, hesab edilir ki,bu universitetdə son illər önəm kəsb edilən məsələlər kənara qoyulub,ölkə prezidenti tərəfindən Bakının strateji rayonlarından hesab edilən Səbailə-YAP rayon təşkilatına sədr göndərilən Şəmsəddin Hacıyev hələ də bəzi məsələlərdə,elmi şurada ittiham edilir.”Onun arxasınca danışmayacağam”deyən bir neçə dekan tutduğu vəzifədən azad edilib.İndi onlar və digəriləri təfsilatı ilə danışmaq qərarına gəliblər.
Tarix: 8-11-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti