Bakıda uşaq bağçasında “Kasıblar” və "VİP" qrupları yaradılıb? - Araşdırma başladıldı

Bakıda uşaq bağçasında “Kasıblar” və "VİP" qrupları yaradılıb? - Araşdırma başladıldı Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar” və “VİP” qrupların yaradılması ilə bağlı araşdırma aparılır.

Bu barədə azvision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib: “Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Tarix: 8-11-2017, 13:53
Xəbəri paylaş





Xəbər lenti