Təhsil Nazirliyi payız tətili günlərini açıqladı

Təhsil Nazirliyi payız tətili günlərini açıqladı Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib

2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Siam.az
Tarix: 13-11-2017, 13:28
Xəbəri paylaş





Xəbər lenti