İşləyənlər və dişləyənlər:-Azərbaycanda insanların sosial durumunun günü
İşləməyib dişləyənlər Azərbaycanda insanların sosial durumunun günü-gündən ağırlaşdığı hamıya məlum həqiqətdir.Və hec bir şərhə ehtiyac yoxdu.Adi insanlar bunu öz üzərində hiss etdikləri kimi, dövlət məmurları da ölkədəki vəziyyəti görərək ,tam şəkildə dərk edirlər. Azərbaycan xalqının guzaranı, yaşam rifahı günü-gündən yaxşılaşır deyən məmur da bilir ki, gözünün icinə kimi yalan danışır Ancaq nə etsın, öz yaşamının yüksəlişi bilavasitə bu yalanlardan asılıdır.Məsələyə digər tərəfdən yanaşaq , belə hesab etmək olar ki, həmin məmur hec yalan danışmşr və” Azərbaycan xalqının güzaranı, rifahı yaxşıdır.”dedikdə özünü və ətrafını nəzərdə tutur, axı bu əzəmətli məmurlarımızda azərbaycanlıdır. Demək ki, Azərbaycanda güzaranı yaxşılaşanlar da var. Acıq etiraf edək ki,gün ərzində 12-14 saat işləməklə 250-300 manaat qazanmaq olar(iş tapa bilməsi sual doğurur) və bu məbləğ hec yarım aylıq xərcləri ödəyə bilməz .Bu da onu deməyə əsas verir ki, Azərbaycanda 8 saat işləyib normal yaşaması mümkün deyil.Bunu istənilən vaxt subut etmək hec də cətin deyil.Rəsmi məlumatlara görə ölkəmizdə , orta əmək haqqı təxminən 400-450 manaatdır.Söhbət orta əmək haqqından gedir. Minimum əmək haqqı isə 116 manaatdı. Digər maraqlı fakt odur ki, əgər sadə Azərbaycan vətəndaşına minium dolanışığını təmin etmək ücün 500-600 manaat yetmirsə ,700-800 manat maaş alan dövlət məmurları necə olur ki ,yağ-bal içində yaşayır, bahalı maşınlarda gəzir.möhtəşəm binalarda məskan salırlar? Əgər bu maaşa yaşamağın bir yolu,forması mövcuddursa ,onu xalqa anlatsınlar ,millətdə öz işini bilsin. Sözün əsil mənsında söhbət işləyənlərdən gedir , əsil həqiqətdə Azərbaycan vətəndaşlarının 80-85 faizi işləmir, bir qismi təqaüdçü və əlillərdir.Bu acınacaqlı faktlar heç müqayisəyə gəlmir.Yaxşi olardı oxucularımız özləri düşünüb , daşınsınlar. Əlqırəz ...Deyilənləri faktların dili ilə desək ,arqumetlərimiz öz təsdiqini tapar. Bu günlər boş vaxtım olduğundan insanlarla görüşmək ,ünsiyyət qurmaq yarnmışdı və cox maraqlı söhbətin şahidi oldum. Biləsuvarın mərkəzi parkının birində söhbətləşdiyim Qasım kişi,icra məmurların və onların yaxınlarının “qaz vurub qazan doldurduqlarından “ geniş söhbətə belə başladı.; -Rayonun məkəzi dükanlarının əsas hıssəsi məmurlarindı ,yalnız sənədləşmə yaxın qohum qudalarının adınadır.Dövlət ödəmələri də bunlara aid deyil
Şadlıq evləri də ki,ancaq məmurların monopoliyasındadır. Qasım kişi nəql edir ki,Biləsuvar rayon icra hakimiyyətinin ən səlahiyyətli numayəndəsinin yaxın qohumunun 2-3ədəd,yəni hərəsi 65-70 ha-liq balıq yetişdirmə gölü(damba) sı var.Bu gölərin təxminən hər biri il ərzində 250-300min manaat gəlir gətirir.Saymamazlıq o,yerə catıb ki,soy adı məlum olmayan Biləsuvar rayonunda yaşamayan, icra məmurlarının himayəsi ilə öz başına balıqcılıq gölü salıb. Bu rayonda ondan soruşan yoxdur ki,balam sən hardan gəlmisən? İşdir Biləsuvar rayonun ,Xırmanali kənd ərazisində Mahmudcala deyilən əraziyə yolu düşən olsa,özünüz şahid ola bilərsız.Onu da deyək ki bu göllərin tikintisinə bir manatda xərclənməyib.İsi idarə ,təşklatlar tabşırıqla ,idarə hesablarına görülüb. Belə bir şəraitdə gəlin görək hansı inzibatı orqan gəlib bu məsələləri araşdırmaq qabiliyyəti varmı?.Bir mənalı olaraq yox cavabını vermək olar.Digər həmsöhbətim Qabil müəllim isə hesb edir ki, bu ölkədə ancaq “atanşik,” ,”maşennik”,”işbazlar”yaxşı yaşayır.Çünki, bu hakimiyyət təşkil edən təşkilatcıların böyük əksəriyyəti həmin kataqoriyaya uyğun gəldiyindən , ad cəkməyin də elə bir önəmi yoxdur və söhbətin kimdən getdiyini hamı yaxşı bilir. Bu məmləkətdə həqiqətən də toxun acdan xəbəri yoxdu .Elə işləməyənlər də həmin toxlardır ki, işləyənlərin hesabına milyonlar qazansalar da onlarin sosial durumu barədə əsla düşünmürlər.Hamımızın bildiyi bir misalı deyim .Bir ishesalat sahəsinndə 50 işci işləyir bu işləyənlərin sayəsində sahibkar deyək ki, ayda 500 min qazanır.Yəni,hər bir işci sahibinə 10 min qazanc gətirir.O,isə bunun müqabilində işciyə ən yaxşı 200-300 manaat maaş verir, bu səbəbdən də deyə bilərək ki, bu gün işləməyənlər, işləyənlərin əməyini yeyir , toplayır istismar edir.Belə bir səraitdə isə hec zaman isanların rifahı yüksələ bilməz.Hər bir kəs həmin yarıac , yarıtox yaşayan vətəndaşın bir həftəlik bazarlığına diqqət yetirsə,yaxud gedib bazara müqayisə anlayışı olar.Digər tərəfdən də qidalanmaların zəyif və keyfiyyətsiz olmaısı ucbatından xəstəliklərin sayı baş alıb getdiyi cılpaq görünür. Bütün yuxarıda qeyd etdiklərim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda yaşayış ücün cox bahalı bir məmləkətdir.Və bu ölkədə adi insanların yaşamı günü-gündən cətinləşir.Mövcud hakimiyyət başbilənləri ancaq uğurlardan danışır Budumu uğurunuz ? Budumu insanların guzaraninin rifahənın yaxılaşması? Mən sadəcə olaraq gördüklərimi eşitgiklərimi şərh etdim.
Əgər bu faktların ciddi iqtisadi araşdırılması aparılsa ,daha ciddi.acınacaqlı vəziyyət ortaya cıxa bilər Bir sözlə, bu məmləkətdə işləyənlər ac olsada , işləməyənlər kefdədir.Ancaq onların da qiyamı yaman olur haaa ...
Əlizadə Nəhmədağaoğlu
Tarix: 23-11-2017, 00:14